Həmrəylik oyunları 2017-ci ildə olacaq
Azərbaycan 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu barədə iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında yekdilliklə qərar qəbul edilib. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Assambleya çərçivəsində Bakı 2017 Namizədlik kitabının təqdimatı olub. Namizədlik kitabı oyunların vizyon və konsepti, siyasi və iqtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və meteorologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir.
2015-ci ildə İslam Həmrəylik İdman Federasiyasının növbəti Baş Assambleyasının Bakıda keçirilməsi haqda da qərar qəbul olunub.