ABŞ-da son zamanlar iki məşhur şoumenin müsəlmanlar haqda iddiaları mübahisələr mövzusuna çevrilib. Bill Maher müsəlmanların əksəriyyətinin fundamentalist olduğunu, Ben Afflek isə Maherin 1.6 milyard müsəlmanı azlıqların əməllərinə görə dəyərləndirdiyini deyir.
Pew Araşdırma Mərkəzinin 39 ölkədə 38 min müsəlmanın iştirakı ilə keçirdiyi rəy sorğuları xəyanətə görə daşlanmalar, namus və ya dindən dönməyə görə qətllərlə bağlı olub.
Belə bir maraqlı fakt ortaya çıxıb ki, Azərbaycanda respondentlərin 80 faizi bu kimi əməllərə haqq qazandırmır. Azərbaycanda respondentlərin 80 faizi cinsindən asılı olmayaraq xəyanatə görə qətl hallarını qəbul etmir.
Xəyanaətə görə cazəlandırmaya dəstək verən ölkələr arasında Əfqanıstan öndə gedir. Sıyahını Pakistan, Fələstin və Misir davam etdirir.
Şərqi Avropa ölkələrinin müsəlmanları az da olsa, kimi praktikanı dəstəkləyir.
Telerantlıq baxımından Azərbaycan öndə gedən ölkələr siyahısındadır.
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu tolerantlıq haqda çoxlu spelyasiyalar olduğunu deyir.
Your browser doesn’t support HTML5
Pew Araşdırma Mərkəzinin sorğuları qlobal islam haqda müəyyən bir formalaşmış mövqe olduğunu inkar edir.