İŞİD-ə qarşı quru qüvvələri Konqresdə müzakirə olunur

Your browser doesn’t support HTML5

İŞİD-ə qarşı quru qüvvələri Konqresdə müzakirə olunur

Obama administrasiyası İslam Dövləti yaraqlılarına qarşı hərbi təzyiqi artırdığını deyib. Lakin onlar İŞİD-in Amerika torpağında terroru təşviq etmək imkanlarına baxmayaraq Suriya və İraqa böyük döyüş qüvvələri göndərmək fikrinə qarşı çıxdığını bildirib. Çərşənbə günü isə müdafiə naziri Eşton Karter Senatın Silahlı Qüvvələr Komitəsinin önündə ifadə verib.

İraq və Suriyadakı münaqişələri amerikalaşdıraraq, biz İŞİD-ə qarşı mübarizə aparanları və ya onların idarəsinə müqavimət göstərənləri özümüzə qarşı döndərə bilərik.

Paris və San Bernardinoda baş verən dəhşətli hücumlara baxmayaraq, İslam Dövlətinə qarşı mübarizə üçün quru qüvvələr göndərmək səhv olardı və bu, düşmənin şərtlərinə görə döyüşmək deməkdir. Bu, müdafiə naziri Eşton Karterin fikridir.

“İraq və Suriyadakı münaqişələri amerikalaşdıraraq, biz İŞİD-ə qarşı mübarizə aparanları və ya onların idarəsinə müqavimət göstərənləri özümüzə qarşı döndərə bilərik.”

Komitənin sədri isə səbirscəsinə buna reaksiya bildirib.

“İŞİD-in bizim dövlətimizə qarşı təhlükəsi real və birbaşadır və getdikcə artır. Biz bu müharibədə qalib gəlmirik, zaman da bizim tərəfimizdə deyil.”

Bəzilərinin təklif etdiyi kimi, İraq və Suriyada quru qüvvələrin yerləşdirilməsi bilavasitə və ya dolayısıyla İŞİD-in təxribat kampaniyasına yardım edə bilər.

Karter deyib ki, Amerika İslam Dövlətinə qarşı kampaniyasını xüsusi qüvvələr və genişləndirilmiş hava hücumları vasitəsilə artırır. Komitənin yüksək rütbəli demokrat üzvü də deyib ki, quru qüvvələri ABŞ-ın regiondakı müttəfiqləri göndərməlidir.

“Bəzilərinin təklif etdiyi kimi, İraq və Suriyada quru qüvvələrin yerləşdirilməsi bilavasitə və ya dolayısıyla İŞİD-in təxribat kampaniyasına yardım edə bilər.”

Konqresdəki dinləmə prezidentliyə respublikaçı namizəd Ted Kruzun İslam Dövlətini yer üzündən silinənədək “xalça bombardmanı” adlı taktika ilə ərazinin tam bombardman olunması çağırışından bir neçə gün sonra baş tutub.

“Biz İŞİD-in nəzarət etdiyi bütün bölgələrdə xalça bombardmanı həyata keçirsək neçə qadın və uşaq həlak olacaq? Nəticədə neçə nəfər öləcək?”

İŞİD-in sərgilədiyi strategiyadan məlumdur ki, onların məqsədi Qərblə apokaliptik müharibə aparmaqdır.

Pentaqon isə deyir ki, xalça bombardmanından heç söhbət gedə bilməz.

“İŞİD-in sərgilədiyi strategiyadan məlumdur ki, onların məqsədi Qərblə apokaliptik müharibə aparmaqdır. Bizim isə bu təfəkkürə xidmət etməyimiz milli təhlükəsizliyimizə qarşıdır.”

Ted Kruz sözlərini geri çəkməyib və Obama administrasiyasını İslam Dövlətinə qarşı mübarizədə vəzifəsini laqeydcəsinə yerinə yetirməkdə ittiham edir.