İslam Dövləti qrupunun cihadçıları Raqqanın özü və şəhərin ətrafındakı ərazilərin nəzarətini saxlamaqda çətinlik çəkir. Bunu Suriya müdafiə qüvvələrinin komandiri Amerikanın Səsinə bildirib.
Suriya Demokratik Qüvvələrinin komandiri Mahmud İsmayıl deyib ki, koalisiya qüvvələri "strateji Tabqa şəhəri və iki mühüm su bəndi də daxil olmaqla, onlarla kənd və şəhərciyi azad edib".
Suriya Demokratik Qüvvələri ABŞ-ın dəstəyi ilə Raqqanın İŞİD-dən azad edilməsi əməliyyatına bu gün başlayıb.
"Bu günə qədər biz yavaş irəliləyirdik, çünki mülki əhalinin təhlükəsizliyi bizim üçün olduqca mühümdür. Biz mülki vətəndaşlarının həyatını müdafiə etmək üçün bütün tədbirlri görmüşük", deyə o bildirib. O əlavə edib ki, Suriya Demokratik Qüvvələri imkan əldə edib və İŞİD əvvəllər olduğu kimi müqavimət göstərə bilmir.
Bu günə qədər biz yavaş irəliləyirdik, çünki mülki əhalinin təhlükəsizliyi bizim üçün olduqca mühümdür.Mahmud İsmayıl
Suriya Demokratik Qüvvələri İŞİD-in 2014-cü ildə ələ keçirib de-fakto paytaxtı etdiyi Raqqanı keçən ilin noyabr ayından bəri mühasirəyə almağa çalışırdı.
Röyters xəbər agentiyinin verdiyi məlumata əsasən koalisiya döyüşçüləri İŞİD-in cihadçıları Fərat çayı vasitəsilə döyüşlərə cəlb etmək məqsədilə istifadə etdiyi 20-yə yaxın qayığı məhv edib.
Koalisiya qüvvələri Raqqa əməliyyatında hava və artilleriya hücumları keçirib.
İraq ordusu isə koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD döyüşçülərini qrupun İraqda əsas istinadgahı olan Mosul şəhərindən sıxışdırıb çıxarmağa çalışır.