Suriyada İŞİD-ə qarşı hava hücumları zamanı neft obyetkləri hədəf alınıb

Suriya ilə Türkiyə sərhədində İslam Dövləti qrupunun militantlarına qarşı davam edən hava hücumları zamanı neft emalı zavodları hədəf alInıb.

ABŞ-ın başçılığı ilə hərbi koalisiya keçən həftə də İraq və Suriyanın son aylar bəzi ərazilərini ələ keçirmiş qrupa neft emalından milyonlarla dollar axınının qarşısını almaq üçün eyni hücumlar keçirmişdi.

ABŞ-ın Müdafiə nazirliyinin bildirdiyinə görə, koalisiyanın hərbi təyyarələri Suriyanın şimalında iki həftədir militantların nəzarətində olan şəhəri hədəf alıb.

Fəllar və kürd rəsmilər İslam Dövləti qrupunun döyüşçülərinin Kobane şəhərini raket atəşinə tutduğunu bildirib. Raket atəşləri nəticəsində 12 adamın yaralandığı bildirilir. Lakin koalisiya qüvvələrinin hava hücumları nəticəsində tələfatlar haqda hələlik məlumat verilməyib.

İslam Dövləti qrupunun Kobane şəhərinə hücumu 160 min qaçqının Türkiyəyə üz tutmasına sbə olub. Eyni zamanda Türkiyədən yüzlərlə kürd döyüşçü şəhəri müdafiə etmək üçün sərhədi keçib Suriya ərazisinə daxil olub.