Türkiyədə İslam Dövləti ilə əlaqəsi olan 423 adam nəzarət altına alıb

Türkiyənin dövlət Anadolu xəbər agentliyinin bildirdiyinə görə, anti-terrorizm polisi İslam Dövləti ilə əlaqəsi olan 423 adamı nəzarət altına alıb.

Onların 60-nın paytaxt Ankarada, digərlərinin isə İstanbul və Qaziantep də daxil edilməklə, müxtəlif bölgələrdə aparılan əməliyyat zamanı ələ keçirildiyi bildirilir.

Ən böyük əməliyyat Şanlıurfada keçirilib ki, nəticədə 100-dən çox şübhəli həbs edilib. İŞİD-lə əlaqəli çoxsaylı əşya müsadirə edilib.

Çevriliş cəhdi və onlarla qanlı hücumlardan sonra Türkiyə İŞİD və kürd yaraqlılarına qarşı anti-terrorizm səylərini gücləndirib.