İŞİD Homs vilayətinin Əl-Qaryatayn şəhərinin nəzarətini geri alıb

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, İŞİD yaraqlıları Homs vilayətinin Əl-Qaryatayn şəhərinin nəzarətini geri alıb.

Bu, cihadçıların son zamanlar güclənən hücumlarının nəticəsidir.
Suriya ordusu Dəməşqdən 1290 kilometr şimal-şərqdə yerləşən şəhərin tutulmasına dair heç bir şərh verməyib.

Şəhər Suriya ordusu tərəfindən 6 ay əvvəl azad edilmişdi.

İslam Dövləti qrupu Rusiyanın dəstəyi ilə Suriya hökuməti və ABŞ-ın dəstəklədiyi Suriya döyüşçülərinın kampaniyası nəticəsində zəifləyərək, ələ keçirdiyi bir sıra bölgələrin nəzarətini itirmişdi.