ABŞ İŞİD-lə mübarizədə resursların müdafiəsi planları üzərində işləyir

Your browser doesn’t support HTML5

ABŞ İŞİD-lə mübarizədə resursların müdafiəsi planları üzərində işləyir

Şənbə günü İŞİD lideri Əbu Bəkr Bağdadinin ölümü ilə nəticələnən reyd haqda daha dəqiq məlumatlar əldə edilir. Bir zamanlar özünü xəlifə elan edən Bağdadi tuneldə aşkar edilib. Çıxış yolu olmayan İŞİD lideri özünü və 3 uşağını partladıb. ABŞ rəsmiləri hazırda reydin detallarını nəzərdən keçirir və İŞİD-ə qarşı mübarizənin tam şəkildə davam etdirilməsi yolunda resursların müdafiəsi planları üzərində işləyir.

ABŞ-ın hava reydi İŞİD liderinin gizləndiyi yeri viranəliyə çevrilib.

Qüvvələr Əbu Bəkr Əl-Bağdadinin qalıqlarını tuneldən çıxararaq, dənizə atmazdan əvvəl DNK testi üçün laboratoriyaya göndərib.

Pentaqon rəsmisi ələ keçirilənlərin yalnız qalıqlar olmadığını deyib.

"Sağ qalan iki kişi nəzarət altına alınıb" - deyə, general Mark Milli bildirib.

Rəsmilər bu iki şəxsin və həmin yerdən əldə edilən məlumat xəzinəsinin ABŞ qüvvələri və onlarla əməkdaşlıq edən Suriyanın Demokratik Qüvvələrinə ciddi yardım göstərəcəyinə ümid bəsləyir.

ABŞ prezidenti isə diqqətini Suriyanın şimal-şərq hissəsindəki neft yataqlarına yönəldib.

"Biz nefti saxlamışıq. Diqqətinizdə olsun. Mən həmişə demişəm neft saxlanmalıdır. Bu, ayda 45 milyon dollar deməkdir. Nefti saxlayın" , prezident bildirib.

Neft sahələrinin təhlükəsizliyi Amerika missiyasının tərkib hissəsidir.

Müdafiə naziri Mark Esper lazım gələrsə, neftin Rusiya və Suriya qüvvələrindən də qorunacağını əlavə edib.

"Biz kürd döyüşçülərin həbsxanaların mühafizəsi, silahlanması və İŞİD-lə mübarizədə ABŞ-ın missiyasına yardımı üçün neft sahəsinə çıxışını təmin etməliyik."

ABŞ qüvvələri Suriyanı tərk edib. Lakin müdafiə rəsmisi Amerikanın Səsinə prezident Trampın çıxarmaq istədiyi qalan döyüşçülərin təminatı və çıxışına yardım məqsədi ilə qüvvələrin bir hissəsinin Suriyaya qaytarıldığını deyib.

"Neft yataqlarının müdafiəsi üçün Suriyaya yerləşdirilən qüvvələr əvvəlkindən daha çox və ya daha az olacaq?" , Amerikanın Səsinin müxbiri Karla Babb sual edib.

"Mən daha az qüvvə olacağını düşünürəm. Qalanları isə vətəninə dönəcək" - deyə, nazir bildirib.

Qüvvlərin Suriyaya girişi və çıxışı davam etdikcə, onların tam çıxışının nə qədər vaxt aparacağı qeyri-müəyyəndir.