İraq qüvvələrinin Mosulu geri almaq səyləri davam etdirilərkən yəzidi insan haqları müdafiəçilərini İslam Dövləti tərəfindən girov götürülən yüzlərlə qadının taleyi narahat edir.
Onların dediyinə görə, İŞİD-dən qaçmağa çalışan bəzi qadınlar yenidən ələ keçirilərək işgəncələrə məruz qalıb. İnsan haqları müdafiəçiləri bu qadınlar arasında xaricilərin də olduğunu bildirib.
2014-cü ildə İslam Dövləti İraqın şimal bölgəsinə hücum edərkən minlərlə qadın, kişi və uşağı ələ keçirib. Kişilərin əksəriyyətinin öldürüldüyü güman edilir. Qadınların isə seks köləsi kimi satıldıqları deyilir.
Qaçmağa nail olanlar üzləşdikləri dəhşətlər, zorlamalar və işgəncələrdən danışıb.
Mosul əməliyyatlarına mart ayında start verilib.