ABŞ və İranın İŞİD-lə bağlı mövqeyi [Video]

Your browser doesn’t support HTML5

Həm ABŞ, həm də İran İslam Dövlətinə qarşı mübarizə səylərinə yardım edir. Lakin mübarizə meydanlarının biri-Suriyada tərəflər vətəndaş müharibəsində əks tərəflərdə yer alır.

İraqda kürd döyüşçülərə dəstək verən Tenran və Vaşinqton İslam Dövləti yaraqlılarına qarşı koalisiya qüvvələrinin hücumlarını dəstəkləyir.

Ərəb müttəfiqləri ilə görüşü zamanı ABŞ dövlət katibi Con Kerri döyüşlərə genişmiqyaslı dəstək verildiyini vurğulayıb.

“Regiondakı hər bir ölkə İran, Livan, Türkiyə İraq, Səudiyyə Ərəbistanı, onların hamısı İŞİD-ə qarşıdır.

Suriyanın özündə isə İslam Dövlətinə qarşı olanların mövqeyi aydın deyil. “İran maraqlarının nə olduğuna dair çətin bir durumla üzləşib. ABŞ kimi.”

Georgetown Universitetinin professoru Nora Bensaleh deyir ki, Vaşinqtonla Tehranın quru qüvvələrlə bağlı mövqeləri fərqlidir. “Problem ondadır ki, Suriyada düşmənimin düşməni mənim dostumdur demək mümkün deyil. Düşmənimin düşməni digər başqa məsələlərdə mənim düşmənimdir kimi bir durum var.”

Obama administrasiyası Tehranla nüvə məsələsində təmas yaradılmasına çalışır. Lakin Suiriya və ya İslam Dövləti ilə bağlı heç bir müzakirə nəzərdə tutulmur.

İranın Milli Təhlükəsizlik Şurasının direktoru Əli Şamxani Tehranın əlavə xarici müdaxilənin əleyhinə olduğunu deyir. "Əfqanıstan və İraqda uğursuzluğa görə İran qurudan müdaxiləni qəbul etmir. Biz regionda xarici müdaxiləyə qarşıyıq."

Tehran Suriya prezidenti Bəşar Əl-Əsədi zəiflətməklə İŞİD-ə qarşı mübarizəyə razı olmayacaq. Bu, Amerika Universitetinin professoru Əkrəm Əhmədin fikridir. "İran çox aqressiv bir xarici siyasət kursu tutub. Bu ölkə fikri olmadan hər hansısa bir tədbiriə əl atılmasına yol verməyəcək. "

ABŞ rəsmiləri İranla bir sahədə razılaşır. Bu da Suriya qüvvələrini iştirak etmədiyi Kobani döyüşləridir. Kürd döyüşçüləri həm Vaşinqtonun, həm də Tehranın dəstəyinə malikdir.