İŞİD-lə Əl-Qaidə düşmən oldu [Təhlil]

Sünni yaraqlılar Iraqın paytaxtı Bağdada təzyiq göstərməkdə davam edir. İŞİD və İraq İslam Dövləti yaraqlı qrupları həm İraq, həm də Vaşinqtonda narahatlıqlara səbəb olub.

Qərb rəsmiləri terrorçu Əl-Qaidə qrupunun dünya üçün təhlükə olduğunu düşünürdü. Keçən qış Əl-Qaidə liderləri əmrlərə tabe olmadığı üçün İŞİD və onun başçısı Əbu Bəkr Əl-Bağdadini təşkilatdan çıxartdı. Əl-Qaidə İŞİD-i İraq, İordaniya və Livanda sərhədsiz xəlifət dövləti yaratmaq barədəki fikirlərini tənqid edir.

Keçən bazar günü İŞİD yaydığı audioda “İraq və Şam” sözlərindən istifadə etmədən, özünü “İslam dövləti” elan edib. Qrup rəhbərini “xəlifə”, yəni dünya müsəlmanlarının başçısı elan edib. Bunu bəyan etdikdən sonra Əbu Bəkr Əl-Bağdadi müsəlmanları İraq və Suriyadakı döyüşlərə qatılmağa çağırıb.

Xəlifə barədəki bəyanat yəqin ki, İŞİD-lə Əl-Qaidə arasında mübahisələrə səbəb olub. Yaxın Şərq üzrə ekspert Aron Zelinin sözlərinə görə, bu iki qrup hazırda müharibə şəraitindədir. “Hazırda üstünlük İŞİD-dədir, lakin döyüş bitməyib” – deyə, ekspert bildirir.

İraqdakı son nailiyyətləri İŞİD-in dünyadakı cihadçılar və islamçıların qarşısındakı nüfuzunu artırıb. Sinay yarımadasındakı Əncar Əl-Məqdis cihad qrupu Əbu Bəkr Əl-Bağdadini dəstəkləyənlər arasındadır. Bu qrup bu ilin əvvəlində İraqda 3 cənubi koreyalının ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürmüşdü.

Şimali Afrikadakı Ənsar Əl-Şəriə qrupu internetdə İŞİL-i dəstəkləyən məqalələr dərc edib. Qəzza Zolağındakı cihadçılar isə İŞİD-in liderini dəstəklədikləri barədə mesajlar yayır.

Brukinqsin Doha Mərkəzindən təhlilçi Çarls Lister İŞİD-in xəlifə bəyanatının Əl-Qaidəyə böyük təhlükə olduğunu və beynəlxalq cihadçılıqda uzunmüddətli mövqe tutacağını deyib.

İraqın mərkəzi hökumətinə təzyiqlər getdikcə artmaqdadır. Baş nazir Nuri Əl-Maliki hökumətinin ABŞ-dan İŞİD-ə qarşı hava hücumları həyata keçirməsini istəməsi nəticəsiz qalıb və İraq hazırda Rusiyadan yardım istəyir.

Rusiya hərbi qüvvələri İraqda

ABŞ-ın İraqdakı səfiri Lakman Feyli: “Bizə kömək lazımdır. Diqqətsiz qalmışıq. Etinazsızlıq. Amerikanın yerini Rusiya kimi dövlətlər tuta bilər.”

Lakin prezident Obama riskə getmək istəmir. O, yalnız İraqa hərbiçiləri ABŞ səfirliyi və Bağdad aeroportunun təhlükəsizliyini qorumaq üçün göndərdiyini deyib. Bu hərbiçilərlə birlikdə ABŞ-ın İraqdakı hərbi qüvvələrinin sayı 800-ə çatıb.