Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, İŞİD yaraqlıları Deyr Əl-Zur şəhərində hökumətin nəzarəti altında olan bölgələrə hücum edib.
Qızğın döyüşlər zamanı güclü partlayışlar müşahidə edilib.
30-da çox adam həlak olub. Onların 20-si cihadçı, qalanları isə rejimin döyüşçüləridir.
Rəsmilərin bildirdiyinə görə, Suriya hökuməti qırıcı təyyarələrdən İslam Dövlətinə qarşı istifadə edib.
Qeyri-rəsmi məlumatlara görə, onlarla insan həlak olub.
Deyr Əl-Zur şəhərinin əksər hissəsi İŞİD-in nəzarətindədir. Lakin hökumət qüvvələri vilayət paytaxtını ələ keçirməyə nail olub.
Şəhər 2014-cü ildə İŞİD tərəfindən zəbt edilib.
Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, cihadçılar artıq uzun müddət idi ki, bu hücuma hazırlaşıdrdı.