İŞİD İraqda hərbi bazaya hücum edib

İŞİD terror qruplaşmasının bir qrup intiharçısı İraqın Anbar vilayətində mühüm hərbi bazalardan birinə hücum edərək 3 İraq əsgərini qətlə yetirib.

İraq ordu komandiri general mayol Əli İbrahim Daboun deyib ki, bu gün səhər Əl-Əsəd adlı hərbi bazaya hücum edən 4 intiharçının qarşısı alınıb.

Onun sözlərinə görə, müxtəlif millətlərdən o bu terrorçular İraq təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Daboun terrorçuların kimliklərinə və ordudan kimlərin öldüyünə aydınlıq gətirməyib.

Paytaxt Bağdaddan 180 kilometr şimal-qərb olan Anvar vilayətində yerləşən Əl-Əsəd hava bazası İraqda ən böyük hərbi bazalardan biridir. Bu bazada yüzlərlə xarici hərbi qulluqçu yerlilərə təlim keçir.