İŞİD-in hərbi məsləhətçisi öldürülüb

Kürd təhlükəsizlik rəsmiləri bildirir ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri hava hücumu nəticəsində İslam Dövləti qrupunun hərbi məsləhətçisi öldürülüb.

Kürdistan Region Təhlükəsizlik Şurası deyib ki, aprel ayının 16-si baş vermiş hava hücumu Əbu Sərya kimi tanınan Xalid Afəri öldürüb. O, Mosulda hərbi qüvvələrin məsləhətçisi və İslam Dövləti qrupunun məsləhətçisi Əbu Məhəmməd əl-Adnaniyə yaxınlığı ilə tanınır.

Təhlükəsizlik Şurasının xəbərinə görə Əbu Sərya həmçinin İŞİD-in Mosuldakı əməliyyatlarına rəhbərlik edib.

Şənbə günü keçirilən hava hücumu Salam xəstəxanasının yaxınlığında Sahel al-Aysa yaxınlığında baş verib.

Hava hücumu son bir həftə ərzində İŞİD-ə qarşı birgə keçirilən ikinci müvəffəqiyyətli əməliyyatdır.

Bazar ertəsi günü Kürd təhlükəsizlik qüvvələri bildirib ki, İŞİD komandiri Əbu Saif Mosulun cənubunda Hamam Əli ərazisinə gedərkən öldürülüb.

Fərqli mənbələrdən verilən məlumata əsasən avtomobildə bir neçə sənəd aşkar edilib.