İŞİD və Boko Haram - ən bədnam terrorçu qruplar [Video]

Your browser doesn’t support HTML5

Terror hücumlarının yarısından çoxu İraq, Suriya, Nigeriya, Pakistan və Əfqanıstanın payına düşür

ABŞ Dövlət Departamenti bildirir ki, ötən il bütün dünyada terror hücumlarının sayı 35 faiz, bu hücumlar nəticəsində ölənlərin sayı isə 81 faiz artıb. İllik terror dəyərləndirməsi hesabatında deyilir ki, terror hücumlarının yarısından çoxu 5 ölkə - İraq, Suriya, Nigeriya, Pakistan və Əfqanıstanın payına düşür. Orada həmçinin İslam Dövləti və Boko Haram kimi qrupların “som dərəcə ödlürücü” hücumlar həyata keçirdiyi bildirilir.

Boko Haram da İŞİD kimi qəddar taktikalardan istifadəyə meyillidir. Bu taktikalara daşqalaq, hədəfsiz kütləvi ölümcül hücumlar və sistematik şəkildə qadın və qızlara əzab vermək daxildir

Dövlət Departamenti bildirir ki, İslam Dövləti yaraqlıları ötən il 1083 hücum həyata keçiriblər. Bu terrorçu qruplar arasında ən yüksək rəqəmdir.

Departamentin məlumatına görə, bu cür hücumlar 6 min insanın ölümü ilə nəticələnib. Bunlardan biri İraqın şimalında əsir alınmış onlarla İraq əsgərinin ölümü ilə nəticələnən hücumdur.

Terrorla mübarizə koordinatoru Tina Kaidanovun fikrincə, dünya boyu terror hücumlarının çoxuna Suriyada davam edən vətəndaş müharibəsi yol açıb.

“Suriyaya gedən əcnəbi terrorçuların ümumi sayı dekabr ayında 90 ölkədən 16 min insan təşkil edirdi. Bu rəqəm son 20 ildə başqa ölkəyə gedən xarici terrorçu döyüşçülərin ümumi sayından yüksəkdir”.

Boko Haram noyabr ayında Nigeriyada bazarda bomba hücumu həyata keçirib.

Dövlət Departamenti bildirir ki, qrupun Qərbi Afrikada tətbiq etdiyi qəddar taktikalar ötən il 5 min nəfərin ölümü və Çiboklu məktəbli qızlar daxil olmaqla, 1300 insanın qaçırılması ilə nəticələnib.

Terrora qarşı mübarizənin real həlli birgə beynəlxalq səylərdir və bunu ABŞ təkbaşına edə bilməz

“Boko Haram da İŞİD kimi qəddar taktikalardan istifadəyə meyillidir. Bu taktikalara daşqalaq, hədəfsiz kütləvi ölümcül hücumlar və sistematik şəkildə qadın və qızlara əzab vermək daxildir ki, buna quldarlıq, işgəncə və zorlama daxildir”.

İraq və Suriya ərazilərində həyata keçirilən koalisiya hava hücumları ABŞ-ın başçılıq etdiyi terrorla mübarizənin tərkib hissəsidir. ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi isə ABŞ-ın bu problemlə təkbaşına mübarizə apara bilmədiyini bildirir.

“Terrora qarşı mübarizənin real həlli birgə beynəlxalq səylərdir və bunu ABŞ təkbaşına edə bilməz. Bu sadəcə mümkün deyil.”

Dövlət Departamenti rəsmilərinin sözlərinə görə, ABŞ terrorla mübarizə strategiyasını dəyişərək terrorçu şəbəkələrin dayaq nöqtəsi olan ölkələrlə faydalı əməkdaşlıq qurmağa çalışır.