Suriyadakı İslam Dövləti qrupunun yaydığı videoda iki türk əsgərinin diri-diri yandırıldığı nümayiş etdirilib. Məlumatı ABŞ-da yerləşən monitorinq qrupu və media mənbələri yayıb.
SITE kəşfiyyat qrupu bildirib ki, Suriyanın Hələb bölgəsindəki İŞİD türk əsgərlərini stullara bağlayaraq yandırıb.
ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Peter Kukun bəyanatında deyilir ki, təsdiq edildiyi təsdirdə bu vəhşilik bir daha İŞİD-in məğlub edilməsinin mühümlüyünü xatırladır.
"Bu qəddarlıq Türkiyə və koalisiya tərəfdaşlarımızla bərabər Suriya və İraqda İŞİD-in məhvini zəruriləşdirir"- deyə bəyanatda bildirilir.
Reuters videonun həqiqiliyinin təsdiqinin mümkün olmadığını bildirir.