İŞİD-in iki gün əvvəl iki türk əsgərini diri-diri yandırdığı göstərilən videonun yayılmasından sonra əsgərlərin ailələri cavablar axtarır.
"Mən videonu görmüşəm. Onlardan biri mənim oğlumdur. Mən buna əmin, mən oğlumu necə tanımaya bilərəm? Amma videonun həqiqi olub-olmadığını bilmirəm"-deyə videoda göstərilən əsgərlərdən biri Sefter Taşın atası Aydın Taş Amerikanın Səsinin kürd xidmətinə bildirib.
"Biz çox qorxuruq və yaxşı xəbərlər gözləyirik. Mən oğluma görə Ankaraya getmişəm, yüksək səviyyəli yerlərdə olmuşam və yüksək rütbəli rəsmilərlə danışmışam. Onlar da bizim kimi gözləyir. Onlar yaxın zamanda yaxşı xəbərlər alacaqlarına ümid bəsləyir"-deyə o əlavə edib.
Suriyada İŞİD videonu cümə axşamı günü açıqlayıb. Videoda ABŞ-ın monitorinq qrupları və medianın bildirdiyinə görə, ələ keçirildikləri güman edilən iki əsgərin diri-diri yandırıldığı göstərilir.
Militantları internetdə müşahidə təşkilat olan SITE kəşfiyyat qrupu bildirib ki,
Suriyada Hələb vilayətində İŞİD zəncirlənmiş iki türk əsgərinin dəmir qəfəsdən çıxarıldığı və sonradan yandırıldığı videonu açıqlayıb.
Türkiyə mətbutı video ilə bağlı məlumat yaymayıb. Türkiyədən rəsmi açıqlama verilməsə də, yerli medianın verdiyi məlumata görə, rəsmilər ictimai asayişin təmin olunması məqsədilə videoya məhdudiyyətlər qoyulduğunu deyib.
İŞİD keçən ay Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin ekstremist qrupa qarşı hücumlar keçirdiyi bölgədə iki türk əsgərini oğurladığını bildirmişdi. Türkiyə hərbi qüvvələrinin rəsmiləri əsgərlərlə ərazidə əlaqənin kəsildiyi haqda məlumat vermişdi.