Suriyada İŞİD komandiri öldürülüb

ABŞ Müdafiə naziri Eş Karter Suriyada reyd zamanı İslam Dövləti qrupunun komandirinin öldürüldüyünü deyir.

ABŞ mətbuatının verdiyi məlumata görə, qrupun ikinci lideri olan Əbd Ər-Rəhman Mustafa Əl-Qaduli cümə axşamı öldürülüb.

Pentaqon mətbuat konfransında çıxış edən Karter reydin detalları ilə bağlı ətraflı məlumat verməsə də, bu reydin ABŞ-ın “İŞİD rəhbərliyinə təzyiq göstərmək” “strategiyasına uyğun olaraq" həyata keçirildiyini bildirib.