İsgəndər Həmidov azad buraxılıb. Onu polis idarəsində müxalifətin mitinqindəki sərt tənqidi çıxışı ilə bağlı sorğu-sual ediblər
Mayın 29-da yerli vaxtla saat 15 radələrində saxlanan keçmiş daxili işlər naziri İsgəndər Həmidov bir neçə saatdan sonra azad buraxılıb.
İsgəndər Həmidov deyib ki, onu zorakılıqla aparıblar və üzərinə tapança çəkiblər.
“Avtomobilə mindirdikdən sonra gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdəki çıxışımla bağlı suallar verdilər. Çıxışımın kasetini nümayiş etdirdilər. Dedilər, nitqimdə təhqir var. Bir daha mitinqə getməməyimi və çıxış etməməyimi tapşırdılar. Sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim”, o qeyd edib.
Xatırladaq ki, keçmiş nazir demokratik qüvvələrin mitinqində hakimiyyəti sərt tənqid edib.