“İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Azərbaycanda işgəncə faktlarının ifşa olunması üzrə əməliyyat planlaşdırır”

Leyla Yunus

“Bu gün - dekabrın 20-də mənim də üzvü olduğum İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının (İƏÜT) Baş Assambleyası “SOS- təcili aksiya”sının mətnini açıqlayıb. Mətndə dünya ictimaiyyəti “Nardaran işi” adlandırılan iş üzrə insan hüquqlarının kütləvi şəkildə pozulmasına və dəhşətli işgəncələrə diqqəti yönəltməyə çağırılır. Bu iş üzrə 78 nəfər həbs edilib.

İƏÜT öz sənədini BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisinə göndərməyi və Azərbaycanda işgəncə faktlarının ifşa olunması üzrə genişmiqyaslı əməliyyat planlaşdırır.

"Əgər kimsə düşünürsə ki, mən Vətəni tərk etməklə “silahı yerı qoymuşam və təqaüdə çıxmışam, yanılır. Burada mənim daha çox imkanlarım var...

2014-cü il avqustun 7-dən sentyabrın 19-dək Arif MTN-in təcridxanasında amansız işgəncələrə məruz qalıb. Onun əllərini qandallayaraq tavandan asıblar. Sonra yaş dəsmalı buraraq boynundan vurublar (o bu barədə danışmayıb ki, Dinara və mən narahat olmayaq, ağlamayaq). Ancaq bu döyülmələr nəticəsində onun boynunun arxasında şiş əmələ gəlib. Həkimlərin rəyinə görə, bu, güclü ağrılara səbəb olur və nəticədə o, huşunu itirir. Bu dəhşətli hal tez-tez baş verir. Mən dəqiq bilirəm ki, Arifə işgəncə verilməsini Eldar Mahmudov əmr edib. Prezidentdən fərqli olaraq, mən Mahmudovdan qorxmuram. Onun və rejimin bütün cinayətkarlarının adları açıqlanacaq və onlar öz cəzalarını alacaqlar."

Öz növbəsində, rəsmi Bakı Nardaranda xüsusi əməliyyat zamanı, istintaq dövründə və ümumiyyətlə ölkədə insanların işgəncələrə məruz qoyulmadığını bildirir. Bununla yanaşı, Azərbaycan hökuməti işgəncələrlə və insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların bəyanatlarını, hesabatlarını qəbul etmir, qərəzli adlandırır.