Elmar Məmmədyarov: Azərbaycan İSAF əməliyyatında əzmlə iştirak edir

Mayın 12-də Azəırbaycanxarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir əsasən Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsindən və NATO ilə əlaqələrdən danışıb.

“Azərbaycan Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi (International Security Assistance Force-İSAF)əməliyyatında sonadək əzmlə iştirak edir, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verir və töhfələrini 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində davam etdirir”, o qetyd edirb.

Məmmədyarov Əfqanıstan rəsmiləri ilə görüşlərdə Azərbaycanın inkişaf modeli və təcrübəsi ətrafında fikir mübadilələrinin aparıldığını bildirib.

“Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardım kimi məsələlər üzrə Əfqanıstana dəstək göstərir”.

Nazir bu xüsusda ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, yerli əhali arasında mina təhlükəsizliyi üzrə məlumatlandırmanı artırmaq üçün dərsliklərin nəşr etdirilməsi barəsində məlumat verdi.

“Bu yardımlar davamlı xarakter daşıyır. Əfqan mütəxəssisləri Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil alır”.

Nazir Məmmədyarov regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu vurğulayıb.

Görüşdə Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geo-strateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.