Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər tibbi müayinədən keçmək üçün fevralın 28-də Türkiyəyə gedib. Onu Müsavat başqanı Arif Hacılı müşaiyyət edir. Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, İsa Qəmbərin Türkiyədə yalnlız müayindədn keçəcək və bir sıra görüşləri nəzərdə tutulub.
Bu il yanvarın 13-də İsa Qəmbərin səhhətində problem yaranıb. Mərkəzi Klinik Xəstəxanada onun ürəyinə stent qoyulub.
Fevralın 23-də isə İsa Qəmbərin yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və fevralın 27-də oranı tərk edib.