Tıkrıt uğrunda döyüşlər gedir

İraq ordusunun bildirdiyinə görə, İslam Dövləti yaraqlılarını ölkənin şimalındakı Tıkrıt şəhərindən çıxarmaq üçün əməliyyatlara başlayıb. Rəsmilər sabiq prezident Səddam Hüseynin doğulduğu bu şəhərə hücumların bu gün səhər tezdən başladığını bildirib.

Bazar ertəsi isə Birləşmiş Ştatlar ordusu İraq və kürd hərbi qüvvələrinə sünni ektremistlərin Mosulda ələ keçirdiyi su bəndinin geri alınmasında yardım edib.

ABŞ prezidenti Barak Obama deyib ki, əgər yaraqlılar su bəndinə xəsarət yetirsəydilər nəticə dəhşətli olar, minlərlə insanın həyatına son qoyulardı. Cənab Obama ABŞ-ın İraq və kürd ordularına yardım etməklə, ölkədə ciddi irəliləyişlər əldə edildiyini bildirib.