Şimali İrlandiyada polis aprel ayında polis zabitinin qətli ilə əlaqədar beş nəfəri həbs edib. Rəsmilər şübhəlilərin bu gün 200 polis zabitinin iştirakı ilə keçirilən anti-terror əməliyyatı zamanı yaxalandığını bildiriblər. 25 yaşlı polis əməkdaşı aprel ayının 2-si Omaq şəhərindəki evinin qarşısında avtomobilinin altına yerlışdırilmiş bombanın partlaması nəticəsində həlak olmuşdur. Polis daha öncə hadisə ilə əlaqədar bir nəfəri həbsə almışdı.