Nobel mükafatı laureatı Şirin İbadi İran hökumətinə qarşı olan müxalifətin artdığını deyib. Associated Press-ə verdiyi müsahibəsində insan haqları müdafiəçisi, xanım İbadi hökumətin zorakılıqları artırması, insan haqlarının pozulması və kasıblıq ölkədə müxalifətin fəaliyyətinin daha da artmasına səbəb olduğunu bildirib. Xanım İbadi bunları Tehranın insan haqlarını pozduğu ilə bağlı qətnaməni dəstəkləmək üçün bazar ertəsi BMT-yə müraciətindən sonra deyib. Şirin İbadi deyib ki, 2009-cu il prezident seçkilərindən sonra, hökumətin zorakılıqlarla nəticələnən addımlarından sonra İranda müxalifəti gizli fəaliyyətə keçib.