ABŞ-da irqçilik hələ də problemdir [Video]

Your browser doesn’t support HTML5

Amerikanın Milli Azlıqlar Assosiasiyasının rəhbəri vəzifəsindən istefa verib. Özünü qaradərili kimi təqdim edən Reyçel Solezal valideynlərinin onun qara olmadığını deməsindən sonra bu qərara gəlib. O, Vaşinqton ştatında yerləşən quruma 6 ay əvvəl seçilmişdi.

Mübahisələr jurnalistin Dilezaldan valideynlərinin ağ olub-olmadığı sualını cavablandırmaqdan imtina etməsi ilə başlayıb. Onun valideynləri bioloji qızlarının erkən yaşlarındakı sarısac və üzü çilli şəkillərini ictimaiyyətə açılayıb.

“Biz övladımızı doğru danışması üçün böyütmüşük."

Larri and Rutann Dolezal bir neçə Afrika mənşəli amerikalı uşağı övladlığa götürüb. Reyçelin qardaşları onun görünüşünü tədricən dəyişdirdiyini deyir.

"O, saçlarını və dərisinin rəngini dəyişməyə başlamışdı."

"O, dərisinin rəngini tamamilə dəyişmişdi."

Reyçel Dolezal qaradərili ilə ailə qurub, Vaşinqtonun əsasən qaraların təhsil aldığı Hovard universitetini bitirib. O, universitetdə təhsil aldığı müddətdə ağ olduğu üçün ayrı-seçkiliyə məruz qaldığından şokayətlənirdi. Universitetin Afro-Amerika araşdırmaları Mərkəzinin rəhbəri Qreq Karrın dediyinə görə, Reyçelin məsələsi irqçiliyə dair ciddi suallar qaldırıb.

"Əgər o, ayrı-seçkilik ittihamı ilə universiteti məhkəməyə versəydi, ağ olduğu üçün bundan faydalana bilərdi. O, əksəriyyətin qara olduğu bir tədris ocağında oxuduğu üçün ayrı-seçkilik ittihamı ilə məhkəməyə müraciət edə bilərdi. Qanuni baxımdan bu, məqsədəuyğundur. Lakin siyasi və sosail baxımdan bunu qəbul etmək olarmı? Bu, başqa məsələdir. Bu, bizim ölkədə üzləşdiyimiz problemdir."

Karrın dediyinə görə, Dolezalın məsələsi kimin ağ, kimin qara, Amerikada 2015-ci ildə nə üçün bunun hələ də məsələ olduğuna dair sual qaldırıb.

Qalmaqal başlandıqda 1908-ci ildə ağlar tərəfindən təsis edilən Milli Azlıqlar Assosiasiyası onun müdafiəsinə qalxıb.

"Televiziyanın yaydığı xəbərlər deyil, əsl problemlərə diqqət yetirilməlidir."

ABŞ-da irqçilik hələ də problem olaraq qalır.