2011-ci ilin iyul ayında Amerika qoşunlarının Əfqanıstandan çıxarılması məsələsində ABŞ rəsmiləri fərqli fikirlər irəli sürüb

Petraus bildirib ki, qoşunların Əfqanıstandan 2011-ci ilin iyulunda çıxarılması Əfqanıstanda təhlükəsizlik durumundan asılı olacaq

ABŞ müdafiə naziri Robert Qeyts ABŞ qəzetinə bildirib ki, 2011-ci ilin iyul ayında Amerika qoşunlarının Əfqanıstandan çıxarılması məsələsi dalana dirənərək, onun Əfqanıstandakı baş komandan General Deyvid Petrausla fikir ayrılığına gətirib çıxarır. Onlar hər ikisi qoşunların tədricən çıxarılmasına razıdırlar. Lakin iki tərəf ötən il prezident Barak Obamanın qoşunların çıxarılmasına başlama tarixi barədə razılığa gələ bilmirlər. Los Ageles Times-ın bugünkü nömrəsində Qeytsə istinadən yazılıb ki, 2011-ci ilin iyul ayında qoşunların çıxarılmasına başlama qərarı qətidir. Lakin Petraus bazar günü NBC tele-kanalına müsahibəsində bildirib ki, qoşunların Əfqanıstandan 2011-ci ilin iyulunda çıxarılması Əfqanıstanda təhlükəsizlik durumundan asılı olacaq.