Iraqın seçki şürası toplanan səslərin əllə sayılmasına göstəriş verdi

İraqın seçki şürası Baş Nazir Nuri əl-Məlikinin müraciətini nəzərə alaraq keçən ay keçirilən parlament seçkilərində toplanan səslərin əllə sayılmasına göstəriş verib.

İraqın seçki şürası Baş Nazir Nuri əl-Məlikinin müraciətini nəzərə alaraq keçən ay keçirilən parlament seçkilərində toplanan səslərin əllə sayılmasına göstəriş verib.

İraqın 325 yerli parlamentində yerlərin beşdən biri Bağdadın payına düşdüyü üçün səslərin yenidən sayılması martın 7-də keçirilən gərgin seçkilərin nəticəsini dəyişə bilər.

Cənab Məlikinin koalisiyası keçmiş baş nazir Əyad Ələvinin dünyəvi partiyasından sonra 2-ci yerdə gəlir.

Lakin cənab Məlikinin Hüquqi Dövləti alyansı Bağdad daxil olmaqla, İraqın beş əyalətində geniş yayılmış saxtakarlığın olmasını aşkar edib. Bu, seçki nəticələrinə böyük təsir etmiş ola bilər.

Keçmiş baş nazir Əyad Ələvinin dünyəvi İraqiyyə partiyası seçki zamanı 91 yer qazanaraq cənab Məlikinin alyansını cəmi 2 səs üstələmişdir. Hər iki qrup parlamentdə əksəriyyət qazanmaq üçün koalisiya üzrə tərəfdaş axtarışındadır.

Beynəlxalq müşahidəçilər seçkilərin şəffaf olduğunu bildirib.