Bir neçə gün öncə Arif ailəsi və qohumlarını bir araya toplayaraq, ABŞ qırıcı təyyarələrinin uğultusu altında kəndindən ayaqyalın şəkildə qaçdı.
“Biz bura çatanadək 20-25 kilometr yol gəldik. Biz səhralar, vadilər aşdıq, minalanmış ərazilərdən keçdik,” deyə o bildirir.
Bir il yarım İslam Dövləti qrupunun nəzarəti altında yaşadıqdan sonra Arif və ailəsi azadlığa çıxa bildi.
İndi o və min digər şəxs İslam Dövlətindən qaçan kəndlilər üçün çınqıl və palçıqlı yerlərdə kürdlər tərəfindən salınmış kiçik düşərgədə qalırlar.
İslam Dövlətinin nəzarəti altında həyat
Subay, ata, yeniyetmə daxil olmaqla beş müxtəlif kişi ilə söhbətlər İslam Dövlətinin idarəsi altında yaşamağın nə olduğunu anlamaq oldu. Danışanlar çoxu tam adlarını paylaşmadılar, çünki onlar İŞİD-in geridə qalan qohumlarından qisas alacağından qorxurdular.
Qadınları bütün üzü bağlayan hicab olmadan göründüyü, saqqalları kifayət qədər uzun olmadığı, üzərlərində siqaret olduğu halda kişilər cərimələnir ya da döyülürdü. Məktəblərdə uşaqlara saymağı güllələrlə öyrədirdilər.
Keçmiş İraq hərbçisi olaraq Arif 2014-cü ildə Sünni ekstremist qrup olan İslam Dövləti gəldikdən sonra kəndlərdə qalan bir çox sünnidən biri idi.
Bu düşərgəyə qaçmağı bacaran bir çoxları kimi də Arif oradakı həyatın çox tez bir zamanda amansızlaşdığını və yaşana bilinəcək haldan çıxdığını deyir. İş yerləri çox az idi və çox az maaşlı ya da çox təhlükəli olurdu. Ailələrin pulları bitirdi.
Pula ehtiyacı olan İŞİD üzvləri də insan alverindən tutmuş siqaret satmağa kimi fərqli yollarla insanlardan pul tələb edirdi.
İraq höküməti ilə əlaqəsi olan hər hansı bir şəxs “peşmançılıq” istiqrazı ödəməli ya da öldürülməli idi. Çoxları isə bu məbləği ödəyə bilmədikləri üçün evlərində gizlənirdi.
“İŞİD üzvləri həm də 300-2000 dollar arası qiymətə insanları İŞİD ərazilərindən çıxarmağı təklif edirdi,” deyə Arif bildirir.
Əksər İŞİD üzvlərinə aylıq 60 min dinar (50 dollar) ödəniş edilir. Bu da çox az olduğu üçün onlar əlavə pul qazanmaq üçün bu yola baş vururlar,” deyə o bildirir.
Təhsil sisteminin çökməsi
Məktəblər pulludur. Bir çox kəndli məktəb pulunu ödəyə bilmədikləri üçün uşaqları evdə qalırdı. Bəziləri üçün isə bu heç də pis seçim deyildi.
“Tədris planına bombalar, silahdan istifadə qaydaları, tank və silahları müəyyən etmək daxil idi,” deyə Kudela kəndindən qaçan Saleh Məhəmməd deyir.
Tədris planına bombalar, silahdan istifadə qaydaları, tank və silahları müəyyən etmək daxil idi.
Saleh deyir ki, onlar kənddə yaşadıqları üçün İŞİD-in onlarla çox işi olmurdu. Amma şəhərlərdə uşaqlar İŞİD-in idarə etdiyi məktəblərə getməyə məcbur edilirdi.
Daha sonra isə, onun dediyinə görə, ABŞ şiddətli hava hücumu kampaniyasını başladandan sonra məktəblər bağlandı.
Saleh yeniyetmə qardaşlarının da evdə qaldıqlarını deyir.
“Onlar bizi terrora məruz qoyurdu. Biz futbol oynamaq üçün bayıra çıxanda onlar gəlib havaya bir neçə dəfə atəş açırdılar ki, biz oynamayaq,” deyə o bildirir.
Saleh Məhəmməd təcili yardım sürücüsü idi.
“Mən bir il yarımdır heç bir maaş almıram, ona görə də ailəmə baxmaq çox çətin idi.”
Kişilərin bəzilərinin dediyinə görə, İŞİD-in SmartCards adlı sistemi var ki, bu sistem vasitəsilə təqaüdçü məmurlar və digərləri pul əldə edə bilər.
Onlar bizi terrora məruz qoyurdu. Biz futbol oynamaq üçün bayıra çıxanda onlar gəlib havaya bir neçə dəfə atəş açırdılar ki, biz oynamayaq.
Sonra Saleh maşınında səyyar dükanı açdı və ailəsini bu yolla dolandırmağa çalışdı. Amma o deyir ki, insanların heç bir şey almağa pulu olmadığı üçün o bu işdən də gəlir əldə edə bilmədi.
İslam Dövləti İraq və Suriyada İslamçı xəlifəliyinin sünni versiyasını elan etmədən öncə, bir çox Iraq sünnisi İraqın şiə höküməti tərəfindən sistematik şəkildə repressiyaya məruz qalırdı.
Islam Dövləti qanunlarının tətbiqi
Bu kəndlərdəki bəzi mühafizəkar qəbilə sünniləri üçün İŞİD nəzarəti altındakı həyat sadəcə əlavə qanunlardan ibarət idi.
“Əslində İŞİD-dən heç kəs bizə zərər vermirdi,” deyə Seyfəddin Məhəmmədin qadın qohumu bildirir.
“Onlar bizə hicab geyinməyimizi əmr edirdilər, biz də buna əməl edirdik. İŞİD hamama gedəndə bizim hicab taxmadığımızı görməsin deyə daha hündür hasar inşa etmişdik,” deyə o bildirdi.
Qadın deyir ki, İŞİD kasıb ailələrə hər ay 40 dollar ödəyirdi. Amma bu kifayət deyildi. Koalisiya hava hücumları onların yanlarındakı evi dağıtdığından sonra isə onlar qaçmalı oldular.
“Bizim ən böyük problemlərimiz maddi idi. Kişilər evdə işsiz otururdu, uşaqlara yemək verə bilmirdik.”
İslam Dövləti qanunlarına qarşı çıxan kişillər isə yoxa çıxırdı.