İraqın Ramadi şəhərində hücumlar davam edir

İraqın Ramadi şəhərində avtomobillə həyata keçirilən bomba hücumu 10 əsgər və polis işçisinin ölümü ilə nəticələnib. Regional paytaxtı olan bu şəhərdə İslam dövləti yaraqlıları keçən həftə öz bayraqlarını qaldırandan sonra burada nəzarəti ələ keçirmək uğrundan döyüşləri intensivləşdirib.

Bu gün həyata keçirilən iki partlayış təhlükəsizlik qüvvələri ilə üsyançı qrup arasında şiddətli döyüşlərə səbəb olub.

Qonşu Suriyada hökumət qüvvələri İslam Dövləti döyüşçülərini qədim Palmira şəhərindən çıxarda bilib. Yaraqlılar orada onlarla insan öldürmüş və YUNESKO-nun Dünya Tarixi İrsinə daxil edilmiş abidələrə hədə törətmişdi.

ABŞ-ən başçılıq etdiyi koalisiyanın gündəlik hava hücumları davam etdiyi bir vaxt İraq və Suriya hökumətləri yaraqlıların nəzarətində olan əraziləri geri almağa çalışır.

Cümə günündən şənbəyə keçən gecə nadir quru hücumlarından birini həyata keçirən ABŞ Xüsusi Təyinatlıları Suriyanın şərqində İslam Dövlətinin komandirini öldürməyə və onun həyat yoldaşısı girov götürməyə müvəffəq olub.