İraqda milyonlarla insan məcburi köçkün həyatı yaşayır [Video]

Your browser doesn’t support HTML5

İraqda milyonlarla insan məcburi köçkün həyatı yaşayır

Bu düşərgə Şimali İraqda olan bir çox düşərgə ilə birlikdə təxminən ilyarım əvvəl açılıb.

İraq və koalisiya qüvvələri ölkəni geri almaq üçün mübarizə apardığı bir vaxtda bu insanlar İŞİD-dən qaçaraq bura sığınmışdılar. Ən yaxşı vaxtda belə düşərgənin həyat şəraiti çətin, böhranlı olur və resurs qıtlığı yaşanır.

Yardım işçiləri maliyyələşmənin dramatic şəkildə azaldığını deyir.

“İnsanlar burada gözləniləndən artıq qaldılar. Başlanğıcda QHT-lər insanları lazım olanlarla təmin edə bilirdi. Ancaq indi bizim hər şeylə bağlı əskikliyimiz var.” - deyə, xeyriyyə fondununun işçisi bildirib.

Ölkə daxilində üç milyondan çox insan məcburi köçkün vəziyyətindədir. Çoxlarının evləri dağılıb, məhəllələri tərk edilmiş vəziyyətdədir və zorakılığın davam etməsi isə onları təkrar qaçmağa məcbur edir.

Havanın temperaturu yüksəldikcə düşərgədəki su getdikcə azdır. Amma digər düşərgələrdən fərqli olaraq, burada uşaqlar ətrafdakı çayda üzmək üçün çəpəri qıra bilirlər.

Yardım işçiləri deyirlər ki, onlar müntəzəm olaraq çəpəri təmir etsələr də uşaqları yeganə əyləncəsi olan çayda üzməyin qarşısını almaq üçün başqa heçnə etmirlər.