Rəsmilər həlak olanlar arasında böyüklər və yeniyetmələrin olduğunu bildirir
İraqın paytaxtı Bağdadda silahlı şəxslər beş nəfərdən ibarət ailəni qətlə yetirib. Polis bu gün Bağdadın şimal-şərq Hüseyniyə vilayətində həyata keçirilən hücumda səsboğucu silahdan istifadə edildiyinə inanır. Rəsmilər həlak olanlar arasında böyüklər və yeniyetmələrin olduğunu bildirir. Hücumun səbəbi bəlli deyil.