İraq rəsmiləri ayrı-ayrı baş vermiş hücumlar zamanı 12 nəfərin öldüyünü bildirir.
Ölkənin şimalında Mosul şəhərində baş vermiş birinci hücum zamanı polisin səhər erkən saatlarda evbəev axtarış keçirdiyi vaxt maşına yerləşdirilmiş bomba parlayıb. Hücum üç polis işçisi və vilayət polis zabitinin yardımçısının ölümünə səbəb olub. Bomba hücumu nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 20 adam yaralanıb.
Polisin verdiyi məlumata görə, Mosulda baş vermiş ikinci hücum zamanı yaraqlıları polis zabitini güllə ilə vurub öldürüb. Rəsmilər eyni zamanda, Dəclə çayında əlləri başının arxasında yaxın məsafədən güllə ilə vurulmuş insan cəsədi tapıldığını bildiriblər. Bağdaddan 360 kilometr şimalda yerləşən Mosul bir zaman sünnilərin istinadgahı olub.
Bağdadın şimalında Kazimiyyə rayonunda isə yaraqlılar yüksək sürətlə idarə edilən avtomobildən insanlara atəş açıb. Polis zabitləri hadisə nəticəsində üç mülki vətəndaş həlak olub, bir nəfər yaralandığını bildirib.
İraqda Əl-Qaidə qrupunun başçılığı ilə sünni üsyanının başladığı Ənbər vilayətində isə yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində üç əsgər həlak olub.
Son iki həftə ərzində İraqda təxminən 300 adamın ölümülə nəticələnmiş zorakılıqlar azlıqda olan sünnilər və şiələrin başçılıq etdiyi hökumət arasında gərginliyin artmasına gəririb çıxarıb. Son insidentlər 2006 və 2007-ci ildə İraqı vətəndaş müharibəsinin başlaması təhlükəsi altına qoymuş təriqət zəminində zorakılqları xatırladır.