İraqın təhlükəsizlik qüvvələri cümə günü Bəsrə şəhərindəki əsas limanı bağlayan etirazçılara qarşı zorakılıq həyata keçirərkən 4 nəfər ölüb.
Təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi körpüsündə etirazçılara atəş açıb. İki nəfər güllə yarasından, bir nəfər isə qaz kanisteri ilə başından aldığı xəsarət səbəbindən ölüb, azı 27 nəfər yaralanıb.
Cümə axşamı da İraq təhlükəsizlik qüvvələri Bağdadın iki əsas körpüsü yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz və kanisterlərindən istifadə edib, nəticədə 4 nəfər ölüb, 48 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda, ertirazçıların bazar ertəsindən bəri bağladığı Ümm-Qəsr limanına gedən yolu açıb. Lakin limandan alınan məlumata görə, gediş-gəliş bərpa olunmayıb.
Xəstəxanaların verdiyi məlumatlarda etirazçılardan bəzilərinin canlı güllələr, digərlərinin isə rezin güllələr və qaz kanisterləri ilə yaralandıqları bildirilib.
Oktyabrın 1-dən siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə qarşı başlayan etiraz aksiyaları zamanı 300-dən çox etirazçı ölüb.