İraq mart ayında qalibin aşkar müəyyən olunmadığı parlament seçkilərindən bəri hücumlara məruz qalır
Bağdadın mərkəzində yol kənarında baş verən partlayiş nəticəsində iki İraq polisi həlak olub və azı dördü yaralanıb. Dünən isə Bağdadın cənubunda avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində bir polis və iki mülki vətəndaş yaralanıb. Təhlükəsizlik üzrə rəsmilər partlayışın Saidiyyə vilayətində baş verdiyini bildirib. İraq mart ayında qalibin aşkar müəyyən olunmadığı parlament seçkilərindən bəri zorakılıqlarla qarşılaşır. Bəzi rəsmilər ehtiyat edirlər ki, yaraqlılar siyasi vəziyyətin dalana dirənməsindən sui-istifadə edərək əldə olunmuş təhlükəsizlik nailiyyətlərini heçə endirməyə cəhd göstərəcəklər.