İraqda səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü və "Borçalı" ictimai cəmiyyətinin sədri Zəlimxan Məmmədli Bağdaddan Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi müsahibədə Azərbaycan nümayəndə heyətinin İraqa səfəri ilə bağlı məlumat verib.
Cənab Məmmədli İraqın gələcəyinə dair keçirilən konfransda başlıca müzakirə mövzuları, Azərbaycan-İraq münasibətləri və İraq türkmənləri ilə təmaslar haqda danışıb. DAK təmsilçisinin sözlərinə görə Yaxın Şərq regionunda cərəyan edən hadisələr ən çox müzakirə olunan məsələlər sırasında olub. Bununla yanaşı azərbaycanlılar İraq türkmənlərinin nümayənədələri ilə danışıqlar aparmış və onların üzləşdikləri problemlərlə yaxından tanış olmuşlar.
Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibədə Zəlimxan Məmmədli DAK nümayəndə heyətinin Bağdadda güclü mühafizə olunan Yaşıl Zonada, Ər-Rəşidiyyə otelində qaldıqlarını söyləyib. Habelə o, sabitliyin hələ də zərif olduğu İraqdakı reallıqlar haqda təəssüratlarını paylaşıb.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərvizniyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-dən İraq Xarici İşlər Nazirliyinin dəvəti ilə Bağdadda səfərdədir. Nümayəndə heyətinin tərkibinə DAK İdarə Heyətinin üzvləri – “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, həmsədrlərin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emin, İraq parlamentinin deputatı, İraq Türkmən Cəbhəsinin təmsilçisi, İraq Türkmən Yazıçılar Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu və təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Samir Əsədli daxildir.
DAK nümayəndə heyəti İraqın gələcəyi ilə bağlı Bağdadda keçirilən beynəlxalq konfransda iştirak edir. Səfər çərçivəsində DAK nümayəndə heyəti İraqın gənclər və idman naziri Casim Məhəmməd, dövlət naziri Turhan Müfit, İraq parlamentinin işçi qrupunun rəhbəri, sabiq baş nazir İbrahim Cəfəri, İraq Türkmən Cəbhəsinin sədri, millət vəkili Ərşad Salihi, tanınmış kərküklü yazar-jurnalist, doktor Şəmsəddin Kuzəçi, Türkiyə, Tunis, Küveyt və Misir nümayəndə heyətləri, Sudanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri və Kərkük türkləri ilə görüşüb. Bundan əlavə, DAK nümayəndə heyəti Kərbəlada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını və İmam Hüseynin (ə.s.) məqbərəsini də ziyarət edib.

Your browser doesn’t support HTML5