Rəsmilərin bildirdiyinə görə, bu gün İraq ordusu Havica şəhərini İslam Dövlətindən geri alıb.
İraqın şimalında, Suriya ilə sərhəd yaxınlığındakı Havica şəhəri İslam Dövlətinin son istehkamlarından idi.
Ordunun 9-cu zirehli diviziyası, Federal Polis, Təcili Reaksiya komandaları və Xalq Mobilizasiya qruplaşmaları Havicanı azad ediblər.
Şəhərə daxil olan İraq odusunu bayraqlarla qarşılayan sakinlər əsgərlərə minnətdarlıq edib.
"Ordunun 9-cu zirehli diviziyası, Federal polis, Təcili Reaksiya komandaları və Xalq Mobilizasiya qruplaşmaları Havicanı azad ediblər," deyə birləşmiş əməliyyatlar komandanı general-leytenant Əbdül Əhməd Rəşid Yaralla bildirib.
Hücum əməliyyatlarında ABŞ-ın dəstəklədiyi İraq Ordusu və Xalq Mobilizasiyası adlanan İranın dəstəklədiyi şiə yarı-hərbi dəstələri iştirak edib.
Minlərlə insanın ilişib qaldığı, 12,500-ə qədər insanın isə qaçmağa məcbur olduğu Havica və onun ətraf bölgələrində əməliyyatlar sentyabrın 21-dən başlayıb.
Peşmergələr hazırda həm Bağdad, həm də Kürdüstan regional hökumətinin iddia etdikləri multi-etnik Kərkük şəhərinə nəzarət edir.
Bu yaxınlarda Kürdüstanın müstəqillik referendumda türkmən və ərəblərin yaşadıqları Kərkükün səsvermə keçirildiyi əraziyə daxil edilməsi Kürdüstan regional hökuməti ilə rəsmi Bağdad arasındakı münasibətləri gərginləşdirib.