İraqda seçkilərə bir gün qalmış Naynivə vilayətinin Hadhar şəhərində sünni siyasi liderlərindən biri Yunis Əl-Rammah dörd nəfər ailə üzvü ilə birlikdə intiharçı hücumuna məruz qalaraq, həlak olub.
İntiharçı bombanı "Birləşmiş İraq Toplumu" hərəkatının rəhbəri Yunis Əl-Rammahı qonaq getdiyi evdə salamlayaraq qucaqladığı zaman partlatmışdır. Polis insan cəsədi və parçalarının hücumun baş verdiyi evin bağçası boyu dağıldığını bildirib.
Son zamanlar Əl-Qaidənin İraqdakı qanadı ölkədə təriqətlərarası münaqişəni qızışdırmaq və şiə baş nazir Nuri Əl-Malikinı nüfuzdan salmaq məqsədi ilə fəaliyyətini artırıb.
Hücumun məsuliyyətini üzərinə götürən olmayb.