Ərdoğan: İraqın ərazi bütövlüyünün əhəmiyyəti hər gün artmaqdadır

Türkiyə prezidenti qonşu İraqın bütövlüyününü vacibliyini qeyd edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, kürdlərin müstəqillik referendumuna yol verilməməlidir.

İraqın ərazi bütövlüyünün əhəmiyyəti hər gün artmaqdadır

İraqın şimalındakı kürd regionunun rəsmiləri sentyabrın 25-də referemdum keçiriləcəyini bəyan edib.

Kürdüstanın regional prezidenti Reuters xəbər agentliyinə deyib ki, Kürdüstan dövlətinin yaradılmasına dair referendum geri çəkilməyəcək.

Eyni zamanda deyilib ki, bu yalnız üç muxtar vilayətə yox, kürdlərin tarixən üstünlük təşkil etdiyi ərazilərə də şamil ediləcək.

"İraqın ərazi bütövlüyünün əhəmiyyəti hər gün artmaqdadır. Onlar müstəqillik referendumu kimi təktərəfli addımlardan çəkinməlidir"- deyə, Türkiyənin dövlət başçısı xəbərdarlıqla çıxış edib.

Bağdadda yerləşən federal hökümət Ərbildəli regional hökümətin niyyətinə qarşı çıxıb. Eyni mövqeni ərazisində böyük kürd azlığı olan Türkiyə də nümayiş etdirib.

Vaşinqton hadisələrin belə inkişafının İraqın şimalındakı kürdlər, ərəblər və türkmənlər arasında gərginlik yaradacağından və bunun İŞİD-ə qarşı mübarizədə diqqətin yayınmasına səbəb olacağından narahatdır.