Ənbər vilayətinin paytaxtı Ramadinin nəzarətini İslam Dövlətindən geri aılmaq istəyən şiə döyüşçülər bu gün şəhərin ətrafında cəmləşib.
Əməliyyat keçən ay Tikrit şəhərinin alınmasında olduğu kimi hökumət qüvvələrinin və yarı-hərbi qüvvələrin yardımı ilə planlaşdırılır. Həmin qüvvələr İslam Dövləti qrupunun paytaxt Bağdada şimaldan hücumlarının qarşısını almışdı. Hazırda isə diqqət şəhərə qərbdən hücumların qarşısını almağa yönəldilib.
İraqın Müdafiə Nazirliyi Ramadi uğrunda gedən döyüşlər zamanı İslam Dövləti tərəfindən ələ keçirilən 28 əsgərin xilas edildiyinə dair video açıqlayıb.
Ağ Ev bölgədə baş verənlərlə bağlı prezident Obamanın müntəzəm olaraq məlumatlnadırıldığını bildirib. Ağ Evin sözçüsü Erik Şults Ramadinin geri alınmasında Birləşmiş Ştatların İraqı dəstəklədiyini deyib.