İraq hökuməti sünnilərin çoxluq təşkil etdiyi Ənbar vilayətinin Ramadi və Fəllucə şəhərləri yaxınlığında havadan hücumlar həyata keçirilən video nümayiş etdirib. Məlumatda hücumlar zamanı 20 nəfərdən çox yaraqlının öldürüldüyü bildirilib.
Çərşənbə axşamı edilən hava hücumlarının Əl-Qaidənin Ramadı şəhərindəki əməliyyat mərkəzinin hədəf alındığı deyilib. Hücumlar Əl-Qaidə ilə əlaqəsi olan qrupların keçən həftə Ramadi və Fəllucədə fəaliyyətlərini genişləndirdikdən sonra edilib.
Bundan əvvəl hökumət Fəllucədəki yaraqlılara qarşı hücumlar ediləcəyi barədə xəbərdarlıq etdikdən sonra onlarla ailə şəhəri tərk edib. Baş nazir Nuri Əl-Maliki hava hücumlarının həyata keçirilməsinin qarşısını alamq üçün şəhər sakinləri yaraqlıları şəhərdən qovmağa çağırmışdı.