İraq prezidentinin səhhəti ağırdır

İflic olduğuna görə xəstəxanaya yerləşdirilən İraq prezidenti Cəlal Talabaninin səhhəti sabit, lakin ağır olaraq qalır.

Cənab Talabaninin köməkçiləri onun dünən axşam Bağdad xəstəxanasına çatdırıldığını və 79 yaşlı prezidentin tutulmuş arteriya damarlarının müalicə olunmasından sonra ciddi tibbi nəzarət altında olduğunu deyib.

Prezident ötən illərdə səhiyyəsi ilə bağlı bir neçə problem yaşayıb. 2008-ci idə o, Birləşmiş Ştatlarda ürəyində problemlərə görə müalicə edilib. 2007-ci ildə o, eyni zamanda səhiyyəsi ilə bağlı ABŞ və İordaniyaya səfərlər edib.

Prezidentin İraqda rolu əsasən formal xarakteri daşıyır. Etnik Kürd olan cənab Talabani vəzifəsindən ölkənin fərqli məzhəbləri arasında münaqişələrin nizamlanması məqsədilə istifadə edir.