İraq ordusu və yarı-hərbi qüvvələri bu gün Bağdadın şərqindəki Tikrit şəhərinin nəzarətini ələ almaq üçün İslam Dövləti yaraqlılarına qarşı genişmiqyaslı hücuma keçib.
Ordu komandirlərinin bildirdiyinə görə, İraq hərbi hava qüvvələri və quru qüvvələr hücumu müxtəlif istiqamətlərdən başladıb. İslam Dövləti Tikrit şəhərini keçən ilin iyun ayında İraqın şimalına hücumlar zamanı ələ keçirmişdi. Bu hücumlar quru qüvvələrin ölkənin şimalındakı Sələdin vilayətinin ikinci böyük şəhəri Mosulu da geri almağa imkan verəcək.
Baş nazir Heydər Əl-Abadi Tikrit və Sələdinin ələ keçirilməsi məqsədilə genişmiqyaslı əməliyyatlar barədə məlumatı bazar günü Samarra şəhərində açıqlayıb. O, Samarrada keçirilən mətbuat konfransı zamanı sünni qəbilə döyüşçülərini İslam Dövləti qrupundan uzaqlaşmağa çağırıb və onlara əfv vəd edib.