İraq höküməti: kürdlər ölkənin vahidliyini qəbul etməlidir

İraq höküməti ötən ay keçirilən müstəqliik referendumundan sonra yaranan böhranla bağlı müzakirələr aparmaq üçün Kürdüstan Regional Hökümətinin cavab verməli olduğu bir sıra şərtlər irəli sürüb. Bunu cümə axşamı hökümət rəsmisi söyləyib.

Kürdüstan Regional Höküməti ilk öncə “İraqın vahidliyinə” hörmət bəsləməlidir, deyə Kürdüstan rəsmilərinin çərşənbə günü tələb etdiyi danışıqlara cavab olaraq, sözçü Reuters xəbər agentliyinə bildirib.

“Kürdüstan regionundakı yerli orqanlar federal hökümətin neft ixracı, təhlükəsizlik və sərhədin mühafizəsi kimi məsələlərdə suveren hakimiyyətini qəbul etməlidir”, deyə o qeyd edib.

“Bunlar regiondakı yerli hökümətin istədiyi dialoqun baş tutması üçün tələb olunan şərtlərdir”, o deyib.