İraqın baş naziri kürdlərin təklifini rədd edib

Cümə axşamı İraqın baş naziri Heydər Əl-Abadi kürd liderlərin münaqişədən yayınmaq məqsədilə müstəqillik referendumunun nəticələrini dondurub dialoq başlatmaq təklifini rədd edib.

Cümə axşamı danışıqlar üçün İranda səfərdə olan Əl-Abadi verdiyi bəyanatda hökümətinin refendumun nəticələrinin ləğv edilməsini və konstitusiyaya hörmət bəslənməsini qəbul edəcəyini bildirib.

Sentyabr ayında keçirilən refendumda iştirak edənlərin böyük əksəriyyəti şimal kürd regionunda müstəqillik lehinə səs verib.

Əl-Abadi səsverməni qeyri-qanuni adlandırıb və cavab olaraq qüvvələrini kürdlərin nəzarəti altında olan mübahisəli ərazilərin nəzarətini almağa göndərib.

Referendum nəticələrini kənara qoyub danışıqlar təklif etməklə yanaşı, kürdlər həm də İraqın şimalında yerləşən regionlarında bütün hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırıb.