Avropa İttifaqının xarici işlər nazirləri İraqda islamçı ekstremistlərə qarşı döyüşən kürdləri silahlandırmağa dair vahid qərar qəbul etmək məqsədi ilə növbədənkənar iclas keçirir.
Brüsseldə görüş İraqın baş naziri Nuri Əl-Maliki beynəlxalq təyziqlərlə barışaraq vəzifəsini tərk etməsindən və yeni namizədi dəstəkləməsindən sonra keçirilib.
Bu, İraqın şimal-qərbində geniş ərazini ələ keçirən İslam Dövlətinin yaraqlılarına qarşı mübarizə aparmaq üçün iraqlılara böyük xarici hərbi yardıma yol aça bilər.
Avropa İttifaqında böhranı həll etmək məsələsində fikir ayrılığı mövcuddur. Britaniya və Fransa daxil olmaqla bəzi dövlətlər sayca üstünlük təşkil edən kürdlərə hərbi yardım göstərmək məsələsində Birləşmiş Ştatları dəstəkləyir.
Almaniya daxil olmaqla digər dövlətlər münaqişəyə müdaxilədən çəkinərək, humanitar yardım göstərməyə üstünlük verir.