İraqın Kərkük vilayətində silsilə partlayışlar olub

İraq boyu silsilə bombardmanlar nəticəsində 14 adam həlak olub. Təhlükəsizlik və xəstəxana mənbələri ölümcül hücumun şimalda, Kərkük vilayətində baş verdiyini deyib. Bu regionda dörd bomba partlayışı təxminən doqquz nəfərin ölümünə, onlarla digərinin isə yaralanmasına səbəb olub.

Hilla şəhərində maşına yerləşdirilmiş bomba partlayışı dörd nəfərin həyatına son qoyub, paytaxt Bağdadda isə başqa bir partlayış bir nəfəri öldürüb, bir neçə nəfəri isə yaralayıb. Ümumilikdə isə İraq boyu zorakılıqların sayı 2006- 2007-ci ilə nisbətən kəskin azalıb. Lakin bu ilin senytabr ayı baş vermiş hücum ötən iki ildə İraqda ən ölümcül ay kimi yadda qalıb. Belə ki, sentyabr ayında münaqişələr zamanı 365 nəfər həlak olub.