İraqın dövlət mediası baş nazir Abel Əbdül Mahdiyə istinadən xəbər verir ki, Bağdad iki ölkə arasında gərginliklərin aradan qaldırılması məqsədi ilə ABŞ və İrana nümayəndə heyəti göndərəcək.
ABŞ və İranla yaxın əlaqələrə malik olan İraq hökuməti bildirib ki, İran və ABŞ müharibə marağında olmadığını deyir.
Mahdi əlavə edib ki, İraq durumun normallaşmasını istəsə də, vasitəçi rolu oynamır. Baş nazir cərşənbə günü Küveyt səfəri zamanı regional məsələləri müzakirə edəcəyini bildirib.
ABŞ zəruri olmayan diplomatik işçilərinə İraqı tərk etmək əmri verib. Bu addım Tramp administrasiyasının Yaxın Şərqdə Amerika əsgərlərinin İran və ya İranın dəstəklədiyi qüvvələr tərəfindən potensial təhlükələrə məruz qala bilməsi barədə xəbərdarlıq etdiyi vaxt atılır.
ABŞ-ın Bağdaddakı səfirliyinin açıqladığı bəyanatda bildirilib ki, əmr həm səfirlik, həm də ABŞ-ın Ərbildəki konsulluğunun işçilərinə şamil edilir.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İrana müqavimət göstərmək üçün 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatı rədd edib. Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərilə biləcəyini də istisna etməyib.