Bağdadda silsilə hücumlar

İraqın paytaxtı Bağdadda silsilə bomba hücumları 26 adamın ölümü ilə nəticələnib.

Hücumlardan ən ağırı şiə müsəlmanların yaşadığı Əbu Dşir rayonundakı polis yoxlanış məntəqəsi yaxınlığında kamikadze hücumu olub, nəticədə 7 adam həlak olub.

Daha sonra şəhərin başqa bir bölgəsində 3 bomba hücumu 15 adamın ölümünə yol açıb. Dördüncü partlayış günün sonunda baş verib.

Hücumların məsuliyyətini üzərinə götürən olmayıb.

İraqın təhlükəsizlik qüvvələri Mosulu ələ keçirən İŞİD-ə qarşı əməliyyatlarını gücləndirib.

İraqın şimal və qərb bölgələrinin əksər hissəsi bu qrupun yaraqlılarının nəzarəti altındadır.