İslam Dövlətindən geri alınması üçün gedən döyüşlərdən sonra İraqın Fəlluca şəhəri böyük dağıntıya məruz qalıb. Bazar günü rəsmilər şəhərin ən son məhəlləsinin də yaraqlıların əlindən geri alındığını elan edib. Döyüş nəticəsində 85 min vətəndaş didərgin düşüb.
Fəllucadan sonra biz dayanmayacağıq. İstəsələr də, istəməsələrdə biz Mosulun azad edilməsində iştirak edəcəyik. Biz Mosulu geri almaq üçün döyüşəcəyik.Şiə ordu lideri
İraqın təhlükəsizlik qüvvələri bazar günü Mosuldan 80 kilometr aralıda yerləşən Çirqat ərazisində İslam Dövləti döyüşçülərindən qaçan vətəndaşların videosunu yayıb. Əsgərlər ailələri Tikrit əyalətinə köçürməyə çalışır.
"Bu qəhrəmanlar bizi acından öldürən, günlərlə yeməksiz, susuz buraxan İslam Dölvətinin alçaqlığından qurtardı”.
İraqdakı qaçqın düşərgələri döyüşlərdən qaçan insanlarla doludur və bu, yardım vəsaitlərinin çatışmazlığına səbəb olur.
“Biz indi yardımı çatdırmağa çalışırıq. Çalışırıq ki, döyüşlərdən əldən düşmüş, travma almış və təcili yardıma ehtiyacı olanların yatmağa çadırları və lazımı ləvazimatları olsun.”
Rəsmilər yaşayış məntəqələrinin təhlükəsizliyi yoxlanılmadan vətəndaşların Fəllucadakı evlərinə dönməmələri barədə xəbərdarlıq edib. Əsgərlər bir məhəllədə partlayıcı maddələrin qalıqlarını aşkar ediblər.
“Bu son günlərdə ələ keçirilən məhəllələrdən biridir və bu mina tələləri və partlayıcı maddələrlə doludur. Bəzi qutular İslam Dövləti qrupu tərəfindən yandırılıb, amma buna baxmayaraq biz bəzi mühüm detalları aşkar etdik.”
Hökümət qüvvələri və şiə yarı-hərbi dəstələri bu ay İraqın şimalda yerləşən sünni müsəlmanların istinadgahı olan Mosul şəhərinə hücuma hazırlıq olaraq ikinci cəbhə yaradıblar.
“Fəllucadan sonra biz dayanmayacağıq. İstəsələr də, istəməsələrdə biz Mosulun azad edilməsində iştirak edəcəyik. Biz Mosulu geri almaq üçün döyüşəcəyik. Kimin xoşuna gəlmirsə, başlarını divara vura bilər. Bu, bizim son sözümüzdür.”
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, strateji anbara yaxın olan Mosul daxil olmaqla İslam Dövlətinə qarşı növbəti hərbi hücumlar İraqdakı evlərindən qaçmış 3,5 milyon qaçqının sıralarına 2 milyona yaxın insan da əlavə edə bilər.